Bank Of Baku

“Olimpiakos”, “Srvena Zvezda” və “Dinamo” Çempionlar Liqasının qrupuna yüksəlib

“Olimpiakos”, “Srvena Zvezda” və “Dinamo” Çempionlar Liqasının qrupuna yüksəlib
# 28 avqust 2019 00:56 (UTC +04:00)

Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

APA-nın məlumatına görə, ilk oyun günündə üç matç baş tutub.

Keçirilən qarşılaşmalardan sonra qrup mərhələsinə üç vəsiqə sahibini tapıb. Çempionlar yolunda iki xoşbəxt bəlli olub.

Bunlar Zaqreb “Dinamo”su və Serbiya təmsilçisi “Srvena Zvezda”dır. Sonuncular yenə heç-heçə etdiyi İsveçrə “Yanq Boyz”unu səfər qolları sayəsində mübarizədən kənarlaşdırıblar. Xorvatiya çempionu isə Norveçdə heç-heçə etdiyi “Rusenborq”u ilk görüşdəki qələbə sayəsində keçib.

Liqa yolunda Yunanıstan təmsilçisi “Olimpiakos” qitənin ən nüfuzlu klub turnirinin əsas raundunda oynamaq hüququ əldə edib. Pirey klubu Rusiya “Krasnodar”ını hər iki qarşılaşmada məğlub edə bilib.

Qeyd edək ki, pley-off mərhələsinə avqustun 28-də baş tutacaq üç qarşılaşma ilə yekun vurulacaq.

Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
27 avqust
Çempionlar yolu
23:00. “Srvena Zvezda” (Serbiya) – “Yanq Boyz” (İsveçrə) – 1:1
Vukanoviç, 59 – El Fardu, 82 (ö.q.)
İlk oyun - 2:2
23:00. “Rusenborq” (Norveç) – "Dinamo” (Xorvatiya) – 1:1
Babayide, 11 – Qoyak, 71
İlk oyun - 0:2
Liqa yolu
23:00. “Krasnodar” (Rusiya) – “Olimpiakos” (Yunanıstan) – 1:2
Utkin, 10 – El Arabi, 11, 47
İlk oyun - 0:4

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR