Azərbaycanın xarici işlər naziri Rusiya Dövlət Dumasının sədri ilə görüşüb - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Rusiya Dövlət Dumasının sədri ilə görüşüb - <span style="color: red;">YENİLƏNİB
# 25 may 2015 17:03 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Dövlət Dumasının sədri Sergey Narışkin ilə görüşüb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, E. Məmmədyarov Azərbaycan və Rusiya arasında bütün sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələrin də yüksələn xətt üzrə inkişafından məmnunluğunu vurğulayıb. O, 2015-ci ilin 12-28 iyun tarixlərində Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının açılış mərasimində Rusiya prezidenti Vladimir Putinin iştirakının yüksək qiymətləndirildiyini söyləyib.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar barəsində məlumat verən nazir münaqişənin həllinin artıq yetişdiyini bildirib. Münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdıran E. Məmmədyarov mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu deyib. O əlavə edib ki, regionda sülh və sabitliyin bərqərar olması üçün Ermənistan rəhbərliyi destruktiv siyasətindən əl çəkməli və siyasi iradə nümayiş etdirməlidir.

Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə əlaqədar təbriklərini ifadə edən Sergey Narışkin oyunların yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib. O, Rusiyanın Ermənistan-Azərbaycan münaqişənin tezliklə həllində maraqlı tərəf olduğunu qeyd edib.

S. Narışkin Rusiya- Azərbaycan ikitərəfli münasibətlərində heç bir problemin olmadığını bildirib. “Bu həm də parlamentlərarası münasibətlərə aiddir. Bu gün Dövlət Dumasında “Azərbaycan günüdür”. Burada ikitərəfli parlamentlərarası komissiyanın iclası keçirilib”.

Azərbaycanda bu ilin payızında keçiriləcək parlament seçkiləri barədə danışan Dövlət Dumasının sədri seçkilərin yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu vurğulayıb. O, Azərbaycan tərəfinin dəvəti ilə seçkiləri müşahidə etmək üçün rusiyalı müşahidəçilərin göndərilməsinə razılıq verib.

S. Narışkinin Azərbaycanda keçiriləcək parlament seçkilərinə Rusiyadan müşahidəçilər göndərilməsi təklifini dəstəkləyən E. Məmmədyarov qeyd edib ki, dost ölkələrdən, ilk növbədə Rusiyadan müşahidəçilər seçkiləri izləməyə gələcəklər, baxacaqlar və həqiqi qiymət verəcəklər.

Görüşdə ikitərəfli əməkdaşlıq, beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR