Fransanın PSJ klubu Kosta-Rika milli komandasının və İspaniya “Real”ının qapıçısı Keylor Navası transfer etmək istəyir.
APA-nın məlumatına görə, Paris təmsilçisi madridlilərə qolkiperlə bağlı rəsmi təklif göndərib.
Fransalılar K.Navas üçün 15 milyon avro verməyə hazırdır. İspaniya klubu isə 20 milyon avro qarşılığında qapıçını buraxacağını bildirib. Davam edən danışıqların “transfer pəncərəsi”nin sonuna qədər müsbət nəticələnəcəyi gözlənilir. Çünki tərəflərin ortaq məxrəcə gəlməsi realdır.
Qeyd edək ki, K.Navas 2014-cü ildən şərəfini qoruduğu “Real”la La Liqada 104 matç keçirib. Lakin belçikalı Tibo Kurtuanın gəlişindən sonra kosta-rikalı heyətdəki yerini itirib.