Bank Of Baku

"Qalatasaray" Falkaonun keçidini həll edib

"Qalatasaray" Falkaonun keçidini həll edib
# 01 sentyabr 2019 00:15 (UTC +04:00)

Türkiyənin "Qalatasaray" klubu növbəti transferini həyata keçirib. 

APA-nın məlumatına görə, İstanbul təmsilçisi müəyyən müddətdir danışıq apardığı Radamel Falkao ilə razılıq əldə edib. 

33 yaşlı kolumbiyalı hücumçunun sentyabrın 1-də Türkiyəyə gələcəyi bildirilir. "Monako"dan transfer edilən forvard 3+1 şərtilə müqavilə imzalayacaq. 

Onun "sarı-qırmızılar"da qazancı hələlik açıqlanmayıb. 

Qeyd edək ki, R. Falkao "Mançester Yunayted", "Çelsi", "Portu", "Olimpiakos" və "Atletiko" kimi klubların da şərəfini qoruyub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR