Bank Of Baku

“Qalatasaray”ın Çempionlar Liqasının qrupundakı rəqibləri müəyyənləşib

“Qalatasaray”ın Çempionlar Liqasının qrupundakı rəqibləri müəyyənləşib
# 29 avqust 2019 21:42 (UTC +04:00)

Türkiyə çempionu “Qalatasaray”ın Çempionlar Liqasındakı rəqibləri müəyyənləşib.

APA-nın məlumatına görə, İstanbul təmsilçisi qitənin ən nüfuzlu klub turnirində A qrupunda mübarizə aparacaq.

Bu gün Monakoda baş tutan püşkatmada “sarı-qırmızılar”a çətin rəqiblər düşüb. Türkiyəlilər Fransanın PSJ, İspaniyanın “Real” və Belçikanın “Brügge” klubları ilə mübarizə aparacaq.
 
Qrup mərhələsinin sentyabrın 17-18-də start veriləcək. İlk iki yerin sahibi 1/8 finala, 3-cü yerlər Avropa Liqasına vəsiqə qazanacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR