Bank Of Baku

"Qalatasaray"ın futbolçusu əməliyyat səbəbindən komandadan ayrı düşüb

"Qalatasaray"ın futbolçusu əməliyyat səbəbindən komandadan ayrı düşüb
# 12 avqust 2019 13:27 (UTC +04:00)

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Sofian Fequli əməliyyat olunub.

APA-nın məlumatına görə, Əlcəzair yığmasının 30 yaşlı yarımmüdafiəçisinə böyrək daşı səbəbindən cərrahi müdaxilə edilib. 

Futbolçunun böyrəyindəki daş əməliyyat nəticəsində xaric olunub. S.Fequlinin müalicəsi davam etməkdədir. O, yalnız müalicə kursu bitdikdən sonra bərpa prosesi keçəcək və daha sonra komandaya qoşula biləcək.

Qeyd edək ki, S.Fequli 2017-ci ildən “Qalatasaray”da çıxış edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR