Bank Of Baku

“Qarabağ” – APOEL oyununda bayraq aksiyası keçirilib - FOTOSESSİYA

“Qarabağ” – APOEL oyununda bayraq aksiyası keçirilib - FOTOSESSİYA
# 24 oktyabr 2019 21:04 (UTC +04:00)

Avropa Liqasının qrup mərhələsinin III turunun “Qarabağ” – APOEL qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionundakı növbəti bayraq aksiyası ilə əlamətdar olub.

APA-nın məlumatına görə, ölkə çempionunun qarşılaşmasını izləyən azarkeşlərə Azərbaycan bayraqları verilib.

Klubun Türkiyədən sifariş etdiyi 30 min ədəd bayraq qarşılaşmadan öncə oturacaqların üzərinə yerləşdirilib. Görüşə təşrif buyuran fanatlar bunlarla komandanı 90 dəqiqə boyu dəstəkləyəcəklər.

Qeyd edək ki, bu, “Qarabağ”ın avrokubok oyunlarında ilk belə hal deyil. Ağdam klubu dəfələrlə vacib qarşılaşmalarda tribunalara toplaşanları Azərbaycanın rəmzi ilə təchiz edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR