Bank Of Baku

“Qarabağ” Avropa Liqasında “Linfild”lə matçda favorit sayılır

“Qarabağ” Avropa Liqasında “Linfild”lə matçda favorit sayılır
# 22 avqust 2019 16:38 (UTC +04:00)

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Linfild” (İsrail) - “Qarabağ” (Azərbaycan) oyununun əmsalları açıqlanıb. 

APA-nın məlumatına görə, bukmeker kontorları Ağdam klubunu favorit sayırlar. 

Belfastda "Vindzor Park" stadionunda bu gün baş tutacaq matçda “Qarabağ”ın qələbəsi 1,42, məğlubiyyəti 7,20 əmsaldır. Matçda heç-heçəyə 5,10 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Cavab oyunu isə avqustun 29-da paytaxtımızda olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR