Bank Of Baku

“Qarabağ” – “Dandolk” matçında meydana azarkeş daxil olub - FOTO

“Qarabağ” – “Dandolk” matçında meydana azarkeş daxil olub - FOTO
# 31 iyul 2019 22:24 (UTC +04:00)

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Dandolk” matçında xoşagəlməz hadisə yaşanıb.

APA-nın məlumatına görə, qarşılaşmanın 60-cı dəqiqəsində meydana azarkeş daxil olub. 

Təhlükəsizlik xidmətindən yayınaraq meydana çıxan “Qarabağ” fanatı Ağdam klubunun kapitanı Rəşad Sadıqovla görüşüb və qaçaraq meydandan çıxıb.

Bununla bağlı UEFA İntizam Komitəsi qərar çıxaracaq. Təhlükəsizlik təmin olunmadığı üçün Azərbaycan çempionu cərimələnəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR