Bank Of Baku

“Qarabağ” “Dandolk”la oyunda favoritdir

“Qarabağ” “Dandolk”la oyunda favoritdir
# 31 iyul 2019 14:17 (UTC +04:00)

Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” (Azərbaycan) - “Dandolk” (İrlandiya) oyunun əmsalları açıqlanıb. 

APA-nın məlumatına görə, bukmekerlər Azərbaycan çempionunu favorit hesab edirlər. 

Bakıda bu gün baş tutacaq qarşılaşmada “Qarabağ”ın qələbəsi 1,52 əmsalla qiymətləndirilibsə, “Dandolk”un qalib gəlməsinə 7,40 əmsal verilib. Saat 21:00-da start götürəcək görüşdə heç-heçə əmsalı isə 4,00-dür. 

Qeyd edək ki, Dandolkda keçirilən ilk oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR