Azərbaycan çempionu “Qarabağ” bu gün avrokuboklarda növbəti oyununu keçirəcək.
APA-nın məlumatına görə, Çempionlar Liqası ilə vidalaşan Ağdam təmsilçisi Avropa Liqasında qrupa düşmək üçün mübarizə aparacaq.
Qurban Qurbanovun yetirmələri pley-off mərhələsinin cavab oyununda Şimali İrlandiyanın “Linfild” klubunu qəbul edəcək. Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşdən öncə hər iki komandanın heyəti açıqlanıb. Öz ölkəsinin çempionu olan klubların baş məşqçiləri start “11-lik”ləri və ehtiyat oyunçuları müəyyənləşdiriblər.
Avropa Liqası
Pley-off mərhələsi
Cavab oyunu
29 avqust
20:00. “Qarabağ” (Azərbaycan) - “Linfild” (Şimali İrlandiya)
Baş hakim: Sergey İvanov (Rusiya)
Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 99. Queye Maqaye.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 30. Abbas Hüseynov
Baş məşqçi: Qurban Qurbanov
Linfild: 1. Roan Ferqyuson, 2. Mark Stafford, 6. Cimmi Kallaçer, 8. Bastiyan Eri, 9. Cel Kuper, 14. Şeyn Leyveri, 16. Metyu Klark, 20. Kris Kasement, 22. Ceymi Malqryu (k), 31. Nayal Kuinn, 47. Kris Keysment.
Ehtiyat oyunçular: 40. Aleks Mur, 7. Endryu Uoteruort, 10. Cordan Styuart, 12. Kerk Millar, 17. Daniel Kirns, 23. Rayan Makqivern, 27. Endryu Mitçel
Baş məşqçi: David Hili
Bakı. T.Bəhramov adına Respublıika stadionu
İlk oyun – 2:3