Bank Of Baku

“Qarabağ”ın futbolçusu İngiltərə ilə oyuna çağırılıb

“Qarabağ”ın futbolçusu İngiltərə ilə oyuna çağırılıb
# 25 sentyabr 2019 14:20 (UTC +04:00)

Azərbaycan çempionu “Qarabağ”ın futbolçusu Simeon Slavçev Bolqarıstan milli komandasına çağırılıb.

APA-nın məlumatına görə, Balkan təmsilçisinin baş məşqçisi Krasimir Balakov yarımmüdafiəçini oktyabrda keçiriləcək qarşılaşmalara dəvət alan legionerlər siyahısına daxil edib.

Mütəxəssis oktyabrın 11-də Monteneqro, üç gün sonra İngiltərəyə qarşı AVRO-2020-nin seçmə oyunları üçün legioner seçimini edib. K.Balakov qarşılaşmalara çağırdığı Bolqarıstan çempionatının iştirakçılarını gələn həftə müəyyənləşdirəcək.

Qeyd edək ki, 5 matçda 2 xal toplayan Bolqarıstan millisi A qrupunda sonuncu pillədə qərarlaşıb. S.Slavçevin yer aldığı komanda Monteneqro ilə səfərdə, İngiltərə ilə evdə üz-üzə gələcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR