Bank Of Baku

“Qarabağ”ın mümkün rəqiblərinin oyununda üç qol vurulub

“Qarabağ”ın mümkün rəqiblərinin oyununda üç qol vurulub
# 24 iyul 2019 22:54 (UTC +04:00)

Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində daha bir matç keçirilib.

APA-nın məlumatına görə, günün yeganə qarşılaşması Slovakiyada baş tutub.

Çempionlar Liqasında uduzub digər yarışa keçən yerli “Slovan”la Kosovo təmsilçisi “Ferronikeli” qarşılaşıb. Üç qolun vurulduğu qarşılaşmada meydan sahibləri qələbə qazanıblar – 2:1.

Bu cütün qalibi növbəti mərhələdə Azərbaycan çempionu “Qarabağ”la İrlandiya “Dandolk”u arasında Çempionlar Liqası görüşündə uduzan tərəflə üz-üzə gələcək.

Qeyd edək ki, dünən 5 oyunu keçirilən Avropa Liqasının ilk görüşlərinə sabah yekun vurulacaq.

Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
Çempionlar yolu

24 iyul
20:00. "Slovan" (Slovakiya) – “Ferronikeli” (Kosovo) – 2:1

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR