Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ”ın rəqibi olan İrlandiya “Dandolk”unun oyunları təxirə salınıb.
APA-nın məlumatına görə, buna klubun avrokuboklarda çıxış etməsi səbəb olub.
Ağdamlılarla oyunun nəticəsindən asılı olmayaraq avrokuboklarda çıxışını davam etdirəcək “Dandolk”un daxili arenada iki matçı ilə bağlı qərar verilib. Avqustun 3-də “Sliqo Rovers”lə çempionat, iki gün sonra “Bohemiya” ilə kubok görüşü qeyri-müəyyən vaxta keçirilib.
Qeyd edək ki, “Dandolk”la “Qarabağ” arasında İrlandiyadakı matç 1:1 hesabı ilə nəticələnib. Cavab görüşü iyulun 31-də Bakıda baş tutacaq. Qalib komanda Çempionlar Liqası, uduzan isə Avropa Liqasının III təsnifat mərhələsində oynayacaq.