Bank Of Baku

"Qarabağ"ın sabiq futbolçusunun "Neftçi"yə keçidi rəsmiləşib

"Qarabağ"ın sabiq futbolçusunun "Neftçi"yə keçidi rəsmiləşib
# 05 sentyabr 2019 20:19 (UTC +04:00)

"Neftçi” daha bir transferini rəsmiləşdirib.

APA-nın məlumatına görə, haitili futbolçu Donald Gerye ilə 1+1 il müddətinə müqavilə bağlanıb.

30 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"ın  heyətində 77 nömrəli formanı geyinəcək.

Sonuncu klubu "Qarabağ” (2017-2019) olan D.Gerye Haitinin "Violett” (2009-2011), "Amerika de Ke” (2011-2013), Polşanın "Visla” Krakov (2013-2016) və Türkiyənin "Alanyaspor” (2016-2017) komandalarında çıxış edib. Azərbaycan çempionatının qalibi (2018, 2019) olmuş futbolçu Haiti milli komandasının heyətində 44 oyun keçirib, 11 qola imza atıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR