Bank Of Baku

“Qarabağ”la oyunda zədələnən futbolçu Bakıya gətirilir

“Qarabağ”la oyunda zədələnən futbolçu Bakıya gətirilir
# 29 iyul 2019 10:18 (UTC +04:00)

Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan İrlandiya “Dandolk”unun zədəli futbolçularının durumuna aydınlıq gəlib.

APA-nın məlumatına görə, iyulun 24-də Dandolkdakı “Oriel Park” stadionunda baş tutan matçın gedişində zədələndiyi üçün əvəzlənən Robbi Benson cavab qarşılaşmasına gətiriləcək heyətdə yer alacaq.

İrlandiya təmsilçisinin məşqçilər korpusu qabırğasını əzən, lakin çat və ya sınığı aşkarlanmayan yarımmüdafiəçinin köməyini zəruri hesab edir. R.Bensonun problemi arxada qoyub Bakıdakı görüşdə meydana çıxacağı gözlənilir.

İki gün öncə keçirilən çempionat oyununda zədələndiyi üçün əvəzlənən Şon Murreyin də müayinəsi irlandiyalıları sevindirib. Ciddi problemi aşkarlanmayan futbolçu ölkəmizə çarter reysi ilə gələn “Dandolk”un səfər üçün heyətinə daxil edilib.

Qeyd edək ki, “Qarabağ” – “Dandolk” matçı iyulun 31-də keçiriləcək. 
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR