Bank Of Baku

Qaret Beyl “Real”ın bombardirləri siyahısında Ronaldoya çatıb

Qaret Beyl “Real”ın bombardirləri siyahısında Ronaldoya çatıb
# 02 sentyabr 2019 10:59 (UTC +04:00)

İspaniyanın “Real” klubunun futbolçusu Qaret Beyl Madrid təmsilçisinin ən məhsuldar legionerləri siyahısında irəliləyib.

APA-nın məlumatına görə, uelsli hücumçu “Kral klubu”nda vurduğu qolların sayını 104-ə çatdıraraq braziliyalı Ronaldoya çatıb.

30 yaşlı futbolçu bunu La Liqanın III turunun “Vilyarreal”la səfər matçında vurduğu iki topla gerçəkləşdirib. O, 2:2 hesabı ilə bitən görüşdə 103-cü və 104-cü qollarına imza atıb.

Klub tarixinin ən məhsuldar legionerləri siyahısına Kriştianu Ronaldo başçılıq edir – 450 qol. Alfredo di Stefano 308, Ferens Puşkaş 241, Kərim Benzema 224, Uqo Sançes 208, Qonsalo İquayn 121 dəfə rəqib qapılarına yol tapıb. Ronaldo ilə Q.Beyl bu cədvəldə 7-8-ci yerləri bölüşür.

Qeyd edək ki, 2013-cü ildən “Real”da çıxış edən uelsli yarımmüdafiəçinin müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR