Bank Of Baku

"Qəbələ" böyük hesabla məğlub olub, "Zirə" və "Sabah" heç-heçə oynayıb - VİDEO

"Qəbələ" böyük hesabla məğlub olub, "Zirə" və "Sabah" heç-heçə oynayıb - VİDEO
# 31 avqust 2019 22:21 (UTC +04:00)

Bu gün Azərbaycan Premyer Liqasında III tura start verilib.

APA-nın məlumatına görə, turun ilk oyun günündə iki matç baş tutub.

Çempionata uğursuz başlayan "Qəbələ" "Keşlə"ni qəbul edib. Görüş bakılıların asan qələbəsi ilə yekunlaşıb. Ötən mövsümü son pillədə başa vuran Tərlan Əhmədovun baş məşqçisi olduğu komanda Azərbaycan kubokunun sahibini 4:0 hesabı ilə məğlub edib. 

Görüşdən sonra "Qəbələ"nin baş məşqçisi komandadan istefa verdiyini açıqlayıb və klub rəhbərliyi çalışdırıcının istəyini qəbul edib.

Ardınca "Zirə" "Sabah"ı sınağa çəkib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Qonaqlar ilk hissəni qalib bitirsələr də, sona 2 dəqiqə qalmış üstünlüyü əldən veriblər. "Zirə" matçın 48-ci dəqiqəsində isə penaltidən yararlana bilməyib. Cavid Hüseynovun zərbəsini qapıçı dəf edib. 

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq. 

31 avqust (şənbə)
18:30. “Qəbələ” – “Keşlə” - 0:4

Qollar: Slavik Alxasov, 10, Tural Bayramlı, 39, Lorenzo Frutos, 45+1, 90+1
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev
Qəbələ şəhər stadionu

20:30. “Zirə” – “Sabah” - 1:1
Qol: Sone Norde, 88 - Amadu Diallo, 35
Cavid Hüseynov ("Zirə") 48-ci dəqiqədə penaltini vura bilməyib
Hakimlər: Rövşən Rəcəbov, Mübariz Haşımov, Rahil Ramazanov, Rəşad Əhmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

2

2

0

0

4-0

6

2

Keşlə

3

2

0

1

5-1

6

3

Səbail

2

2

0

0

4-0

6

4

Zirə

3

1

1

1

2-2

4

5

Sumqayıt

2

1

0

1

2-3

3

6

Sabah

3

0

2

1

2-3

2

7

Neftçi

2

0

1

1

1-2

1

8

Qəbələ

3

0

0

3

0-9

0

Bombardirlər: Mehdi Şərifi ("Sumqayıt"), Ağabala Ramazanov (“Səbail”), Lorenzo Frutos ("Keşlə") - 2 qol

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR