“Qəbələ” klubunun futbolçusu Ceyms Adeniyi karyerasını İsraildə davam etdirəcək.
APA-nın məlumatına görə, nigeriyalı hücumçu “Hapoel İroni” klubu ilə anlaşıb.
Müqavilə ilə “Qəbələ”yə bağlı olan forvard Kiryat-Şmona təmsilçisində icarə əsasında oynayacaq. 2018/19 mövsümündə şərəfini qoruduğu “qırmızı-qaralar”la Azərbaycan kubokunun qalibi olan C.Adeniyi 1 illik icarəyə verilib.
Qeyd edək ki, afrikalı hücumçu “Qəbələ”də keçirdiyi ilk mövsümdə 25 oyuna 10 qol vurub.