Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilir.
APA-nın məlumatına görə, Azərbaycan kubokunun qalibi “Qəbələ” qitənin ikinci dərəcəli klub turnirində mübarizəyə start verib.
İlk raunddan azad olan Sənan Qurbanovun yetirmələri Gürcüstan “Dinamo”su ilə qarşılaşıb. “Qırmızı-qaralar” Tbilisi təmsilçisini Qəbələ şəhər stadionunda qəbul edib.
Qarşılıqlı hücumlarla keçən oyunda qonaqlar hesabı açıblar. İlk yarının sonlarında fərqlənən gürcüstanlılar final fitindən bir neçə dəqiqə əvvəl ikinci qola seviniblər – 2:0.
Qeyd edək ki, “Qəbələ” və “Dinamo” arasında cavab oyunu avqustun 1-də Tbilisidə keçiriləcək.
Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyun
25 iyul
19:00. “Qəbələ” – “Dinamo” (Tbilisi, Gürcüstan) - 0:2
QOLLAR: Kutalya, 41, Daffe, 87
Baş hakim: Nikolas Uolş
Qəbələ: 1. Anar Nəzirov, 2. Amin Seydiyev, 3. İvitsa Juniç, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 9. Davit Volkov, 10. Klesio Bauk, 14. Ülvi İsgəndərov, 21. Fernan Lopez, 74. Yusif Nəbiyev, 77. Merab Qiqauri.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 11. Asif Məmmədov, 13. Kristian Kouakou, 19. Rövlan Muradov, 28. Murad Musayev.
Baş məşqçi: Sənan Qurbanov
“Dinamo”: 1. Xose Perales, 3. Viktor Monxil, 5. Davit Kobouri, 8. Georgi Kuxianidze, 10. Levan Şengeliya, 15. Georgi Papava, 16. Georgi Kimadze, 19. Levan Kutalya, 24. Nodar İaşvili, 32. Nika Ninua, 38. Nodar Kavtaradze
Ehtiyat oyunçular: 12. Sergey Litovçenko, 2. Quca Ruxaia, 6. Bakar Kardava, 7. Georgi Zarya, 9. Kvame Karikari, 11. Akaki Şulaya, 14. Arpanq Daffe
Baş məşqçi: Feliks Visente Miranda
***
Saat. 20:46
Avropa Liqasının II təsnifat mərhələsinin “Qəbələ” (Azərbaycan) – “Dinamo” (Gürcüstan, Tbilisi) oyununda hesab dəyişib.
APA-nın məlumatına görə, Qəbələdə təşkil olunan qarşılaşmanın başa çatmasına 3 dəqiqə qalmış Azərbaycan kubokunun qalibi qapısından ikinci qolu buraxıb. Rəqibin heyətində Arpanq Daffe fərqlənib - 2:0.
***
Saat. 20:03
Avropa Liqasının II təsnifat mərhələsinin “Qəbələ” (Azərbaycan) – “Dinamo” (Gürcüstan, Tbilisi) oyununda ikinci hissə start götürüb.
APA-nın məlumatına görə, Qəbələdə təşkil olunan qarşılaşmanın 45 dəqiqəsindən sonra Azərbaycan klubu 0:1 hesabı ilə məğlub olur.
***
Saat. 19:48
Avropa Liqasının II təsnifat mərhələsinin “Qəbələ” (Azərbaycan) – “Dinamo” (Gürcüstan, Tbilisi) oyununda ilk hissə başa çatıb.
APA-nın məlumatına görə, Qəbələdə təşkil olunan matçın 45 dəqiqəsindən sonra gürcülər 1:0 hesabı ilə öndədirlər.
***
Saat. 19:42
Avropa Liqasının II təsnifat mərhələsinin “Qəbələ” (Azərbaycan) – “Dinamo” (Gürcüstan, Tbilisi) oyununda hesab açılıb.
APA-nın məlumatına görə, Qəbələdə təşkil olunan qarşılaşmanın 41-ci dəqiqəsində qonaqlar fərqləniblər. Levan Kutalyanın zərbəsi dəqiq olub.
***
Saat. 19:00
Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları davam edir.
APA-nın məlumatına görə, yarışa bu mərhələdən başlayan Azərbaycanın “Qəbələ” klubu Gürcüstan “Dinamo”su ilə üz-üzə gəlir.
Mövsümdə ilk matçına çıxan Sənan Qurbanovun yetirmələri dörd il öncə adladıqları rəqibi mübarizədən kənarlaşdırmağa çalışırlar. Bunun üçün “qırmızı-qaralar” evdə keçirilən ilk görüşdə sərfəli nəticə əldə etməlidir. Əvvəlki illərlə müqayisədə heyəti xeyli dəyişən əyalət klubu əsasən yerli futbolçulardan təşkil olunan komanda ilə Tbilisi təmsilçisini yenmək iddiasındadır.
Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyun
25 iyul
19:00. “Qəbələ” – “Dinamo” (Tbilisi, Gürcüstan)