Bank Of Baku

“Qəbələ” Küveyt klubuna qalib gəlib 

“Qəbələ” Küveyt klubuna qalib gəlib 
# 05 avqust 2019 20:04 (UTC +04:00)

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünə hazırlaşan “Qəbələ” klubu növbəti yoxlama oyununu keçirib.

APA-nın məlumatına görə, Sənan Qurbanovun yetirmələri Bakıda toplanışda olan Küveytin "Əl Samiyə" komandası ilə görüşüb.

Qarşılaşma Bakı Olimpiya Stadionunda baş tutub. Qonaqların müqavimətini ikinci hissədə qırmağa müvəffəq olan “qırmızı-qaralar” 2:0 hesabı ilə qalib gəlib. Təmsilçimizin qollarına 70-ci dəqiqədə Asif Məmmədov, final fitinə 3 dəqiqə qalmış isə Fernan Lopez imza atıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR