Sabah Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.
APA-nın məlumatına görə, üç gün ərzində turun dörd qarşılaşması keçiriləcək.
Həftənin ilk oyununda “Keşlə” “Qəbələ”ni qonaq edəcək. Qonaqlar daha bir pillə irəliləmək, paytaxt təmsilçisi isə 2-ci yeri qaytarmaq üçün qalib gəlməlidir.
İlk oyun günü “Sabah”la “Zirə” arasında paytaxt derbisi ilə yekunlaşacaq. Qonaqlar uğursuzluq zolağından çıxmaq və təhlükəli zonadan uzaqlaşmaq üçün 3 xal əldə etməlidir. “Sabah” isə sonuncu pillədən yaxa qurtarmaq üçün mübarizə aparır.
İkinci oyun günündə diqqətlər Sumqayıta yönələcək. Turdan-tura özünə gələn “Neftçi” liderlə fərqi azaltmaq üçün səfərdə xal itirməməlidir. “Sumqayıt” isə adlı-sanlı rəqibi büdrətmək iddiasındadır.
Tura bazar ertəsi yekun vurulacaq. Avropa Liqasının qrupunda oynadığı üçün görüşü oktyabrın 28-də keçiriləcək son çempion və lider “Qarabağ” “Səbail”lə üz-üzə gələcək. Ötən mövsümün mükafatçılarının duelində Ağdam klubu favoritdir. Ardıcıl üç məğlubiyyət alan bakılılar üçün də qarşılaşma çox vacibdir. Komanda yenə xalsız qalsa, baş məşqçi Aftandil Hacıyevin kreslosu laxlaya bilər.
Azərbaycan Premyer Liqası
IX tur
26 oktyabr (şənbə)
“Sabah” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəhim Həsənov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bank Respublika Arena”, 18:00
“Keşlə” – “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Etibar Həsənov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”, 16:00
27 oktyabr (bazar)
“Sumqayıt” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Kapital Bank Arena”, 17:30
28 oktyabr (bazar ertəsi)
“Qarabağ” – “Səbail”
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00
|
N |
Klublar |
O |
Q |
H |
M |
T-F |
X |
|
1 |
Qarabağ |
8 |
7 |
1 |
0 |
18-2 |
22 |
|
2 |
Neftçi |
8 |
4 |
2 |
2 |
11-6 |
14 |
|
3 |
Keşlə |
8 |
3 |
3 |
2 |
9-4 |
12 |
|
4 |
Səbail |
8 |
3 |
1 |
4 |
8-13 |
10 |
|
5 |
Sumqayıt |
8 |
3 |
1 |
4 |
7-9 |
10 |
|
6 |
Zirə |
8 |
2 |
2 |
4 |
6-12 |
8 |
|
7 |
Qəbələ |
8 |
1 |
3 |
4 |
4-15 |
6 |
|
8 |
Sabah |
8 |
1 |
3 |
4 |
6-8 |
6 |
Bombardirlər: Lorenzo Frutos ("Keşlə"), İsmayıl İbrahimli ("Qarabağ"), Stiven Monroz ("Neftçi") - 4 qol.