"Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik baş verib.
APA-nın məlumatına görə, klubun əsas komandasında yeni məşqçi təyinatı rəsmiləşib.
Azər Bağırov mövsümün sonunadək komandada çalışacaq. “Pro” kateqoriyasına malik olan 38 yaşlı mütəxəssis cari mövsümün əvvəlində I divizion təmsilçisi “Turan-Tovuz”un baş məşqçisi olub. O, məşqçi karyerasında “Qaradağ Lökbatan” və MOİK klublarına da rəhbərlik edib.
"Qəbələ" yeni məşqçi ilə anlaşıb
14 oktyabr 2019 20:01 (UTC +04:00)