Bank Of Baku

"Qəbələ"nin baş məşqçisi məğlubiyyətin səbəbini açıqlayıb

"Qəbələ"nin baş məşqçisi məğlubiyyətin səbəbini açıqlayıb
# 01 avqust 2019 23:40 (UTC +04:00)

“Azərbaycan mediasında “Dinamo”nun zəif komanda olması ilə bağlı yazıya rast gəlməmişəm. Tbilisi təmsilçisi oyunda da göstərdi ki, zəif deyil”. 

APA-nın yerli bürosunun məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Zaur Həşimov deyib.

O, Avropa Liqasının II təsnifat mərhələsinin “Dinamo” ilə Gürcüstanın paytaxtı Tbilisidəki cavab matçı barədə fikirlərini açıqlayıb: “Qəbələ"nin büdcəsindəki dəyişiklik hesabda əksini tapdı. Bugünkü heyətlə də başabaş mübarizə apara bilərdik. Amma müəyyən zədələrə görə bunu bacarmadıq”. 

Qeyd edək ki, ilk görüşdə "Dinamo"ya 0:2 hesabı ilə uduzan "Qəbələ" cavab matında qapısında 3 qol görüb. Bu, onların avrokubokla vidalaşması ilə nəticələnib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR