Bank Of Baku

“Qəbələ”nin futbolçusu Mozambik yığmasına çağırılıb

“Qəbələ”nin futbolçusu Mozambik yığmasına çağırılıb
# 28 avqust 2019 10:56 (UTC +04:00)

“Qəbələ”nin futbolçusu Klesio Bauk Mozambik milli komandasına çağırılıb.

APA-nın məlumatına görə, bu yay Premyer Liqa klubuna keçən hücumçu yeni baş məşqçi Luis Qonsalveşin açıqladığı siyahıda yer alıb.

Onun komandası DÇ-2022-nin seçmə mərhələsində mübarizəyə başlayacaq. Afrika zonasında çıxış edən Mozambik millisi I raundda Mavriki ilə görüşəcək.

K.Bauk və komanda yoldaşları sentyabrın 4-də səfərdə, altı gün sonra evdə oynayacaq.

Qeyd edək ki, millidə 2011-ci ildə debüt edən hücumçu 26 oyunda 4 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR