Bank Of Baku

"Qəbələ"nin futbolçusu zədələnərək, təcili yardımla xəstəxanaya aparılıb - FOTO

"Qəbələ"nin futbolçusu zədələnərək, təcili yardımla xəstəxanaya aparılıb  - FOTO
# 01 avqust 2019 21:59 (UTC +04:00)

Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə Gürcüstanın "Dinamo" klubu ilə "Qəbələ" itki ilə üzləşib.

APA-nın yerli bürosunun məlumatına görə, hazırda davam edən oyunun 37-ci dəqiqəsində “qırmızı-qaralar”ın iki futbolçusu toqquşub.

Rasim Ramaldanovla İvitsa Juniçin başları bir-birinə dəyib. Nəticədə xorvatiyalı legioner meydanı xərəkdə tərk edib və təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Qeyd edək ki, İ. Juniçi Sadiq Quliyev əvəzləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR