Bank Of Baku

Qurban Qurbanov: "APOEL özünü qələbəyə kökləyib"

Qurban Qurbanov: "APOEL özünü qələbəyə kökləyib"
# 06 noyabr 2019 21:54 (UTC +04:00)

“Sabah rəqib həddindən artıq istəkli ola bilər". 

APA-nın məlumatına görə, bunu futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubu Avropa Liqasının qrup mərhələsinin IV turunun sabah keçiriləcək oyununda Kiprin APOEL komandası ilə qarşılaşacaq. Nikosiyada təşkil olunacaq görüş ərəfəsində Q.Qurbanovun mətbuat konfransı nəzərdə tutulsa da, bu, baş tutmayıb.

47 yaşlı mütəxəssis yerli mətbuat nümayəndələrinin qatılmadığı konfransda matç barədə fikirlərini klubun mətbuat xitmətinə açıqlayıb: " APOEL doğma meydanında oynayacaq. 90 dəqiqə eyni tempi qoruyub saxlaya və ancaq hücumda ola bilmərik. Hücumlarımız müdafiədən və əks-hücumlar üzərində ola bilər. Maksimum çalışacağıq ki, rəqibi öz meydanımızdan uzaqda qarşılayaq. Futbolda bəzən 90 dəqiqə topa nəzarət edirsən, amma vurduğun qollar əks-hücumlardan olur. Son vaxtlar belə qollara çox rast gəlirik. Görünür ki, rəqib özünü maksimum şəkildə qələbəyə, hücumda oynamağa kökləyib. Bu da normal haldır. Biz başqa cür də gözləmirdik. Hər bir halda, əks-hücumlarda, topa nəzarətdə, öz meydanımızda maksimum diqqətli olmağa çalışacağıq”.

Qeyd edək ki, Kiprin GSP stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR