Qurban Qurbanov: "Cavab matçında böyük şansımız var"

Qurban Qurbanov: "Cavab matçında böyük şansımız var"
# 23 avqust 2019 01:54 (UTC +04:00)

"Futbolda nadir hallarda belə şeylər olur”.

APA-nın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

47 yaşlı mütəxəssis Avropa Liqasının pley-off mərhələsinin “Linfild”lə Şimali İrlandiyadakı ilk oyununda alınan 2:3 hesablı məğlubiyyətə şərh verib: “Çoxsaylı qol imkanlarımız oldu və bunlardan yararlana bilmədik, rəqib isə qol epizodlarından yox, standart vəziyyətlərdən qollarını vurdu. Bu futboldur, bunlara da hazır olmalıyıq. Cavab matçında böyük şansımız var. Bakıda qələbə qazanmağa çalışacağıq"

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR