Bank Of Baku

Radamel Falkaonun “Qalatasaray”a keçidi rəsmiləşib

Radamel Falkaonun “Qalatasaray”a keçidi rəsmiləşib
# 03 sentyabr 2019 09:13 (UTC +04:00)

Kolumbiya milli komandasının futbolçusu Radamel Falkaonun Türkiyənin “Qalatasaray” klubuna keçidi rəsmiləşib.

APA-nın məlumatına görə, İstanbul klubu “Monako”dan transfer etdiyi 33 yaşlı hücumçunu təqdim edib.

R.Falkao ilə 3 illik müqavilə imzalanıb. 2022-ci ilin yayına qədər “sarı-qırmızılar”ın formasını geyinəcək cənubi amerikalı ildə 5 milyon avro qazanacaq.

Qeyd edək ki, 2009-cu ildə Avropaya üz tutan R.Falkao “Porto”, “Atletiko”, “Monako”, “Mançester Yunayted” və “Çelsi” kimi klublarda da çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR