Bank Of Baku

Ramil Şeydayev Rusiyada ən uğursuz transferlər siyahısına daxil edilib

Ramil Şeydayev Rusiyada ən uğursuz transferlər siyahısına daxil edilib
# 05 noyabr 2019 10:37 (UTC +04:00)

Rusiya Premyer Liqasında yayın ən uğursuz transferləri açıqlanıb.

APA-nın məlumatına görə, Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev ən pis 10 transferdən biri olub.

Buna səbəb hücumçunun Moskva “Dinamo”sundakı durumudur. Paytaxt təmsilçisinin heyətinə düşməyə çətinlik çəkən legioner ümidləri doğrulda bilməyib.

Rusiyanın “soccer.ru” saytı onun keçidini belə dəyərləndirib: “Şeydayev Samaradan “Dinamo”ya azad agent kimi gəlib. O, təkcə bir illik müqavilə və normal maaş deyil, həm də müəyyən əlavə qazanc əldə edib. Roman Oreşuk (“Dinamo”nin idman direktoru - red) mərkəzə dərhal hücumçu tapa bilmədiyindən Ramil oynamaq imkanı da qazandı. “Zenit”in hündürboy, cüssəli yetirməsi ampluasını da dəyişməli olmayıb. Amma pis işlədi, heç qol da vurmadı. Belə transferlər vacib gələndə pis sayılırlar. “Dinamo”nun böhranı Şeydayev fiquru ilə də bağlıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR