İspaniyanın “Real” klubu antirekorda imza atıb.
APA-nın məlumatına görə, Madrid təmsilçisi tarixində ilk dəfə Çempionlar Liqasının startındakı iki oyunda qələbəyə həsrət qalıb.
İlk turda PSJ-yə 0:3 hesabı ilə uduzan Zinəddin Zidanın yetirmələri bu dəfə “Brügge” ilə heç-heçə edib – 2:2.
“Kral klubu”nun ilk qoluna imza atan Serxio Ramos mövsümdə ilk dəfə fərqlənib. Bununla da kapitan ardıcıl 10-cu mövsüm Çempionlar Liqasında qol sevinci yaşayıb.
O, ardıcıl 10 mövsümdə qol vuran 2-ci müdafiəçi olub. S.Ramos Jerar Pikenin rekordunu təkrarlayıb. Lakın “Barselona”lı cari mövsüm qol vurarsa, yenidən önə keçəcək.
“Real” Çempionlar Liqasında antirekorda imza atıb, Serxio Ramos rekorda şərik olub
02 oktyabr 2019 00:21 (UTC +04:00)