Bank Of Baku

Roberto Bordin: “Oyundan-oyuna özümüzün də gözləntilərimiz artır”

Roberto Bordin: “Oyundan-oyuna özümüzün də gözləntilərimiz artır”
# 07 avqust 2019 17:41 (UTC +04:00)

"Sabah bizi güclü rəqibə qarşı çətin oyun gözləyir. Çünki "Bney Yehuda" çox yaxşı müdafiə olunur". 

APA-nın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib.

“Ağ-qaralar” Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah İsrail "Bney Yehuda"sını qəbul edəcək. Qarşılaşmadan öncə təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssis oyuna hazır olduqlarını açıqlayıb: "Rəqib İsrail Superkubokunda 9-10 nəfərlə müdafiə olundu. Oyunboyu topa daha çox nəzarət etməyə çalışırlar. Fərdi keyfiyyəti yüksək olan futbolçuları var. Rəqib əks-hücumlardan yaxşı yararlanır. İlk dəqiqələrdən oyuna düzgün yanaşmaq lazımdır. Bunu bacarsaq, sərfəli nəticə qazana bilərik".

- Mərhələ keçdikcə gözləntilər daha çox artır. Bu amil komandada gərginlik yaratmır?
- Əlbəttə ki, oyundan-oyuna özümüzün də gözləntilərimiz artır. Bununla kifayətlənmək istəmirik. Yaxşı futbol göstərmək üçün əlimizdən gələni edəcəyik. Nəticəni birlikdə görəcəyik.

- İsrail komandası hər səhvdən yararlanmağı bacarır. Rusiyanın "Arsenal" klubuna qarşı Bakıda keçirdiyiniz oyun üslubuna üstünlük verəcəksiniz?
- Sabahkı oyunun taktikası komanda daxilində qalır. Bunu açıqlamağı düzgün hesab etmirəm. Bir daha qeyd edirəm ki, "Bney Yehuda" bütün komanda ilə müdafiə olunur və rəqibin səhvini gözləyir. Bizə qarşı necə çıxış edəcəklərini bilmirəm. Amma həm müdafiə, həm də hücum baxımından yaxşı təşkilatlanıblar.

- "Bney Yehuda"nın 3 oyunçusu sabah meydana çıxmayacaq. Bunu sizin üçün üstünlük saymaq olar?
- Onların kifayət qədər yaxşı oyunçuları var. Zədəliləri əvəz edəcək futbolçuları var. Deməzdim ki, bu amil bizə üstünlük verir. 

- Bu dəfəki rəqibinizin "Arsenal" və "Sperantsa" ilə müqayisədə güclü və zəif cəhətləri hansılardır?
- Hər komandanın fərqli oyun üslubu var. Biz gözəl oyunu və uğurlu nəticəni davam etdirmək istəyirik.

- "Bney Yehuda" sizə daha çox hansı mövqelərdə problem yarada bilər?
- Rəqibi analiz etmişik, necə oynadıqlarını izləmişik. Texnikalı oyunçuları var, əks-hücumdan yaxşı yararlanırlar. Amma bizə qarşı necə oynayacaqlarını bilmirəm.

Qeyd edək ki, "Neftçi" - "Bney Yehuda" matçı sabah 21:00-da "Bakcell Arena"da keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR