İtaliyanın “Roma” klubunun fransalı futbolçusu Stiven N’Zonzi karyerasını “Qalatasaray”da davam etdirəcək.
APA-nın xəbərinə görə, bu barədə məlumatı 30 yaşlı dayaq yarımmüdafiəçisinin özü sosial şəbəkədə paylaşıb.
Lakin o, müqavilənin detallarını açıqlamayıb.
Daha öncə S. N’Zonzinin sonradan transfer edilməsi şərtilə 1+1 illiyə icarəyə götürüləcəyi bildirilirdi.
Qeyd edək ki, “Roma”nın ötən il heyətinə qatdığı yarımmüdafiəçi Fransada “Amyen”, İngiltərədə “Blekbern”, “Stok Siti” və İspaniyada “Sevilya” klublarının da formasını geyinib.