Bank Of Baku

Rusiyalı futbolçu Bakı səfərini xatırlayıb: “Neftçi”ni sıxmışdıq”

Rusiyalı futbolçu Bakı səfərini xatırlayıb: “Neftçi”ni sıxmışdıq”
# 26 avqust 2019 12:41 (UTC +04:00)

“Neftçi” ilə Bakıdakı oyunda hər şey başqa cür də ola bilərdi”.

APA-nın məlumatına görə, bunu Rusiyanın “Arsenal” klubunun futbolçusu Daniil Lesovoy deyib.

21 yaşlı rusiyalı yarımmüdafiəçi vətənində verdiyi geniş müsahibədə avrokuboklardakı debütünü xatırlayıb. O, Avropa Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə görüşlərindəki uğursuzluqları (0:1, 0:3) yada salıb: “Birinci hissəyə yaxşı başlamışdıq. “Neftçi”ni sıxmışdıq. Gedişat göstərirdi ki, qol vuracağıq və hər şey lazım olduğu kimi gedəcək. Amma ikinci hissədə “Neftçi” qol vurdu. Bu, pis də olsa, bir təcrübədir. Ümid edirəm ki, “Arsenal”la avrokuboklarda yenə oynayacağam”. 

D.Lesovoy Bakıdakı məğlubiyyəti isti hava şəraiti bağlamaq istəməyib: “Mənim üçün harada və hansı havada oynamağın fərqi yoxdur. Öz azarkeşlərimizin dəstəyi qarşısında oynamaq yaxşıdır. Amma həm evdə, həm səfərdə meydan hamı üçün eynidir. Elə isti və soyuq da həmçinin. Öz işini görmək və qalib gəlmək lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR