“Sabah” heyətini iki yeni futbolçu ilə gücləndirib.
Klubdan APA-ya verilən məlumata görə, gənc futbolçular Anar Panayev və Abbas Ağazadə bundan sonra Bakı təmsilçisinin uğurları üçün çalışacaqlar.
A. Ağazadə “Qəbələ” Futbol Akademiyasının yetirməsidir. 1999-cu il təvəllüdlü futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edir.
Anar Panayev də yarımmüdafiəçidir. “Anji” Futbol Akademiyasının yetirməsi olan azərbaycanlı futbolçu 2000-ci il təvəllüddür.
Hər iki futbolçu ilə 3 illik müqavilə bağlanıb.