Azərbaycan milli komandasının (U-19) heyətində dəyişiklik edilib.
APA-nın məlumatına görə, “Sabah” klubunun futbolçusu Murad Bağırov heyətdən kənarlaşdırılıb.
Buna səbəb onun zədəli olmasıdır. Futbolçu sentyabrın 4-dən 8-dək Maltanın paytaxtı Vallettada baş tutacaq təlim-məşq toplanışında iştirak etməyəcək.
Onun əvəzinə 19 yaşadək futbolçulardan ibarət millinin toplanışına “Qəbələ”nin üzvü Təbriz İsazadə dəvət olunub.
Qeyd edək ki, yığmamız hazırlıq çərçivəsində sentyabrın 5-də və 7-də maltalı həmyaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək. Hər iki oyun Bakı vaxtı ilə 20:00 başlayacaq.