Yeni il gecəsi Sumqayıt, Abşeron və Masazıra işləyən avtobuslar səhərədək fəaliyyət göstərəcək

Yeni il gecəsi Sumqayıt, Abşeron və Masazıra işləyən avtobuslar səhərədək fəaliyyət göstərəcək
# 30 dekabr 2019 17:19 (UTC +04:00)

Yeni il gecəsi Sumqayıt, Xırdalan və Masazıra işləyən avtobuslar səhərədək fəaliyyət göstərəcək.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın APA-ya verdiyi xəbərə görə, dekabrın 31-i gecə 23:00-dan yanvarın 1-i səhər saat 06:00-a qədər 501, 502, 503, 592, 596, 533, 553, 525 saylı hər marşrut xəttinə uyğun ehtiyata bir avtobus sərnişinlərə xidmət edəcək: “Sərnişinlərdən xahiş edirik ki, hər hansı süni qiymət artımı ilə qarşılaşacaqları təqdirdə 012-566-52-58 qaynar xəttinə zəng edib məlumat versinlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR