“Səbail” futbol klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Rumıniyanın “Universitatya Krayova” klubu ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Klubdan APA-ya verilən məlumata görə, siyahıda 21 oyunçunun adı yer alıb.
Bunlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 7-si yarımmüdafiəçi və 3-ü hücumçudur.
Qapıçılar: 50. Fərhad Vəliyev, 25. Elxan Əhmədov, 12. Daniel Bojinovski.
Müdafiəçilər: 4. Eltun Yaqublu, 34. Urfan Abbasov, 5. Vüqar Bəybalayev, 26, Kamal Qurbanov, 3. Turan Manafov, 13. Şəhriyar Rəhimov, 32. Elvin Yunuszadə, 21. Eriko Da Silva.
Yarımmüdafiəçilər: 9. Mirsahib Abbasov, 14. Rahid Əmirquliyev, 8. Yevgeni Koçuk, 11. Duventru Dilan, 6. Maykl Essyen, 17. Elçin Rəhimli, 7. Fəhmin Muradbəyli,
Hücumçular: 10. Ağabala Ramazanov, 22. Mirabdulla Abbasov, 91. Bilal Həmdi.
Qeyd edək ki, “Səbail” “Universitatya Krayova”ya qarşı ilk oyunu iyulun 11-də, “ASCO Arena”da, cavab qarşılaşmasını isə iyulun 18-də, Rumıniyada "İon Oblemenko" stadionunda keçirəcək.