Bakının "Səbail" klubu daha bir əcnəbi futbolçusu ilə yollarını ayırıb.
APA-nın məlumatına görə, paytaxt təmsilçisi fransalı Dilan Duventrunun ardınca Bilal Həmdi ilə də müqavilənin vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edib.
Əlcəzairli futbolçuya azad agent statusu verilib.