"Səbail" klubu daha bir legioneri ilə yollarını ayırıb.
APA-nın məlumatına görə, Bakı təmsilçisi bu dəfə Daniel Bojinovski ilə vidalaşıb.
Tərəflər müqavilənin vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə ediblər. Nəticədə iyunda "Səbail"ə transfer olunmuş makedoniyalı qapıçıya azad agent statusu verilib.
Qeyd edək ki, Bakı klubu daha öncə fransalı Dilan Duventru və əlcəzairli Bilal Həmdi ilə də müqaviləyə vaxtından əvvəl xitam verib.