Bank Of Baku

“Səbail” “Sumqayıt”dan ayrılan futbolçu ilə müqavilə bağlayıb

“Səbail” “Sumqayıt”dan ayrılan futbolçu ilə müqavilə bağlayıb
# 09 avqust 2019 14:18 (UTC +04:00)

Bakının “Səbail” klubu növbəti transferini rəsmiləşdirib.

APA-nın məlumatına görə, son günlərdə bir neçə legionerlərlə vidalaşam paytaxt təmsilçisi müdafiə xəttini yerli futbolçu ilə gücləndirib.

Ötən mövsümə “Zirə”də başlayıb, qışda “Sumqayıt”a keçən Adil Nağıyev bundan sonra “Səbail”də çıxış edəcək. 23 yaşlı müdafiəçi ilə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, A.Nağıyevin “Sumqayıt”la müqaviləsinə bu gün qarşılıqlı razılıqla xitam verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR