Bank Of Baku

“Səbail” xərək daşıyan uşaqlara görə cərimələnib

“Səbail” xərək daşıyan uşaqlara görə cərimələnib
# 28 avqust 2019 13:56 (UTC +04:00)

Futbol üzrə Azərbaycan çempionatının I divizionunda yaşanan xoşagəlməz halların səbəbkarları cəzalandırılıb.

APA-nın məlumatına görə, AFFA-nın İntizam Komitəsi yarışın ilk turunda baş verənlərə bugünkü iclasında baxıb.

“Zaqatala” – “Sabah-2” matçında qonaqların nümayəndəsinin oyunöncəsi iclasda iştirak etməməsinə görə klub 80 manat cərimə olunub.

“Zirə-2” – “Ağsu” görüşündən əvvəlki oyunöncəsi iclasda Təcili tibbi yardımın nümayəndəsi iştirak etmədiyinə görə meydan sahibi klub 40 manat cərimələnib.

“Səbail-2” – “Turan Tovuz” matçında xərək daşıyan uşaqların yaşlarının əsasnaməyə uyğun olmamasına görə (minumum 18 yaş) meydan sahibi klub 80 manat cərimə olunub.

MOİK-lə ev oyununda “Kəpəz” “A” buraxılışından istifadə etməməsinə görə klub 80 manat cərimə ödəyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR