Bakının “Səbail” klubunun futbolçusu Yevgeni Koçuk Moldova milli komandasına çağırılıb.
APA-nın məlumatına görə, yarımmüdafiəçi yığmasının sentyabr matçlarında iştirak şansı qazanıb.
Y.Koçukun yer aldığı Moldova millisi gələn ay iki seçmə oyunu keçirəcək. AVRO-2020-nin seçmə mərhələsində moldovalıların rəqibləri İslandiya və Türkiyə olacaq. İlk qarşılaşma sentyabrın 7-də, ikinci matç üç gün sonra baş tutacaq.
Qeyd edək ki, Y.Koçukun komandası İslandiya ilə səfərdə, Türkiyə ilə evdə oynayacaq.