Bank Of Baku

Seneqallı yarımmüdafiəçinin “Qəbələ”yə keçidi rəsmiləşib

Seneqallı yarımmüdafiəçinin “Qəbələ”yə keçidi rəsmiləşib
# 31 oktyabr 2019 12:20 (UTC +04:00)

Azərbaycan Premyer Liqasının X turunun hazırlıqlarını davam etdirən “Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib. 

APA-nın məlumatına görə, “qırmızı-qaralar” seneqallı futbolçu İbrahima Niasseninin keçidini rəsmiləşdirib. 

31 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. 

O, 2013/14 mövsümündə “Qəbələ”nin heyətində Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı, ölkə kubokunun finalçısı olub. Seneqallı legioner bunadək İsveçrədə “Ksamaks” (2008-11), Azərbaycanda “İnter”in (2012-14) şərəfini qoruyub. “Qəbələ”dən ayrıldıqdan sonra Niasse Rusiyada "Mordoviya" (2014-15), Rumıniyada “Konkordiya” (16), Hindistanda “Odişa” (2016), Yunanıstanda “Levadiakos” (2017-18), Mərakeşdə “Raca Kasablanka” (2018) klublarının formasını geyinib. Xatırladaq ki, İbrahima “Qəbələ”də 35 oyun keçirib, 1 qol vurub. O, çempionatda 29 (1 qol), kubokda 6 matçda iştirak edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR