Bank Of Baku

Serbiyalı futbolçu İtaliya klubu ilə anlaşıb

Serbiyalı futbolçu İtaliya klubu ilə anlaşıb
# 06 avqust 2019 17:46 (UTC +04:00)

Serbiya milli komandasının futbolçusu Darko Lazoviç karyerasını İtaliyada davam etdirəcək.

APA-nın məlumatına görə, yarımmüdafiəçi “Verona” ilə müqavilə imzalayıb.

28 yaşlı futbolçu İtaliya klubuna azad agent kimi keçib. O, A seriyası təmsilçisi ilə üç illik anlaşmaya imza atıb.

Qeyd edək ki, Serbiyada “Borats” və “Srvena Zvezda”da oynamış D.Lazoviç bunadək İtaliyanın digər klubu “Cenoa”nın şərəfini qoruyub. 2015-ci ildə bu komandaya keçən yarımmüdafiəçi 110 matçda 5 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR