Bank Of Baku

Serxio Ramosla Dieqo Kosta birlikdə üç milyon avro cərimələnib

Serxio Ramosla Dieqo Kosta birlikdə üç milyon avro cərimələnib
# 24 oktyabr 2019 13:14 (UTC +04:00)

İspaniya yığmasının və “Real” klubunun futbolçusu Serxio Ramos ağır cəza alıb.

APA-nın məlumatına görə, təcrübəli müdafiəçi 1 milyon avro məbləğində cərimələnib.

Buna səbəb futbolçunun 2012-14-cü illərdə vergidən yayınmasıdır. S.Ramos qərardan narazı qaldığı üçün apelyasiya verəcək. O, qanunları pozmadığını iddia edir.

“Atletiko”nun futbolçusu Dieqo Kosta da eyni səbəbdən cərimələnib. O, daha böyük məbləğ ödəməli olacaq. Futbolçunun cəriməsi 2 milyon avro təşkil edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR