Bank Of Baku

Slovakiya millisinin baş məşqçisi: "Azərbaycan millisi bizə qarşı da effektli ola bilməyəcək”

Slovakiya millisinin baş məşqçisi: "Azərbaycan millisi bizə qarşı da effektli ola bilməyəcək”
# 29 avqust 2019 11:31 (UTC +04:00)

“Azərbaycan yığmasının Lixtenşteynə uduzması təəccüblü nəticə idi”.

APA-nın məlumatına görə, bunu Slovakiyanın U-21 millisinin baş məşqçisi Adrian Qula deyib.

Onun yetirmələri AVRO-2021-in seçmə mərhələsinin sentyabrın 6-da keçiriləcək matçında Azərbaycan yığmasının qonağı olacaq. A.Qula görüş barədə fikirlərini açıqlayaraq millimizin müsbət keyfiyyətlərə malik olmasını vurğulayıb. O, komandamızın Lixtenşteynə 0:1 hesablı məğlubiyyətini də yada salıb: “Amma Azərbaycan millisi texnikalı komandadır. Onlar Lixtenşteynlə qarşılaşmada məzmunlu futbol nümayiş etdirmək istədiyindən müdafiədə boşluqlara yol verdilər. Azərbaycan yığması meydanda dominantlıq edirdi və daha yaxşı oynayırdı. Lakin onlara məhsuldarlıq çatmırdı. İnanıram ki, bizə qarşı da effektli ola bilməyəcəklər. İlk matçdakı məğlubiyyətdən sonra rəqibimiz irəli atılacaq, risk edəcək. Bu isə bizim işimizə yarayacaq. İyun ayında əsas yığmamız bu ölkənin komandasına qarşı oynayırdı. Ona görə də rəqibimiz barədə yaxşı məlumatımız var”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR