Bank Of Baku

Sol Kempbell İngiltərənin IV divizion klubundan ayrılıb

Sol Kempbell İngiltərənin IV divizion klubundan ayrılıb
# 15 avqust 2019 16:22 (UTC +04:00)

İngiltərə millisinin sabiq futbolçusu Sol Kempbell “Mansfild”in baş məşqçisi postundan ayrılıb. 

APA-nın məlumatına görə, 44 yaşlı mütəxəssisin Liqa2-də (IV divizion) mübarizə aparan komanda ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. 

Onun 2018-ci ilin noyabrından baş məşqçi kimi işlədiyi klubdan getməsinin səbəbi açıqlanmır. S. Kempbell yeni mövsümdə Liqa2-də 2 qələbə qazanıb, Liqa Kubokunda penaltilər seriyası hesabına mərhələ adlayıb. 

Qeyd edək ki, S. Kempbell daha öncə Trinidad və Tobaqo millisinin məşqçilər korpusunda da yer alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR