Bank Of Baku

Son 10 ildə transferlərə ən çox pul xərcləyən klubların siyahısı açıqlanıb

Son 10 ildə transferlərə ən çox pul xərcləyən klubların siyahısı açıqlanıb
# 09 sentyabr 2019 15:15 (UTC +04:00)

Son 10 ildə transferlərə ən çox pul xərcləyən futbol klubları müəyyənləşib.

APA-nın məlumatına görə, İngiltərənin “Mançester Siti” klubu 2010-19-cu illərdə futbolçu transferlərinə hamıdan çox vəsait xərcləyib.

Mançester təmsilçisi yeni oyunçularına 1 milyard 638 milyon avro ödəyib. İkinci olan İspaniya “Barselona”sında bu rəqəm 1 milyard 525 milyona bərabərdir. İngiltərə “Çelsi”si ilk “üçlüy”ü qapayır – 1 milyard 428 milyon.

İlk “onluq”da qərarlaşan komandaların 4-ü İngiltərə, 3-ü İspaniya, 2-si İtaliya, 1-i Fransanı təmsil edir. Bu 10 komandanın ümumi transfer xərcləri 12 milyarda yaxındır.

1. Mançester Siti (İngiltərə) – 1638 milyon avro
2. Barselona (İspaniya) – 1525 milyon avro
3. Çelsi (İngiltərə) – 1428 milyon avro
4. PSJ (Fransa) – 1392 milyon avro
5. Yuventus (İtaliya) – 1272 milyon avro
6. Mançester Yunayted (İngiltərə) – 1265 milyon avro
7. Real (İspaniya) – 1236 milyon avro
8. Atletiko (İspaniya) – 1110 milyon avro
9. Liverpul (İngiltərə) – 1075 milyon avro
10. İnter (İtaliya) – 968 milyon avro.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR