“Azərbaycan çempionatı hələ başlamayıb. Buna görə də rəqibi təhlil etmək çətindir”.
APA-nın məlumatına görə, bunu Moldovanın “Speranta” klubunun baş məşqçisi Kristian Efros deyib.
Mütəxəssis Avropa Liqasının I təsnifat mərhələsinin “Neftçi” ilə görüşləri ərəfəsində fikirlərini açıqlayıb. O bildirib ki, komandası fiziki cəhətdən daha hazırlıqlı olacaq: “Gördüklərimə əsasən rəqibimiz 4-3-3 sistemi ilə oynayır. Onlar mövqe futbolu oynayırlar. Cinahlarda yaxşı driblinqə malik sürətli futbolçuları var. Ümumilikdə onu deyə bilərəm ki, belə rəqibə şadıq. Azərbaycan komandası özlüyündə yaxşıdır, amma bizim də müəyyən üstünlüklərimiz var. Moldova çempionatının qızğın vaxtıdır, hər həftə oyunlar olur. Rəqibimizdən fərqli biz iş tonusundayıq”.
Qeyd edək ki, “Neftçi” və “Speranta” arasında ilk oyun iyulun 11-də Kişinyovda baş tutacaq. Bir həftə sonra rəqiblər Bakıda üz-üzə gələcəklər.